Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində  evdə “Keşlə”ylə qolsuz bərabərliyə qalan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis oyun haqda fikirlərini bölüşüb:


“Baxmayaraq ki, uzun müddətdir qələbə qazana bilmirlər, son turlarda yaxşı oynayan bir rəqiblə qarşılaşırdıq. Sürətli və mövqe hücumlarında təhlükəli olurlar. Oyun üstünlüyümüz lə keçirdi. Təəssüf ki, qol vura bilmədik. “Keşlə”ylə Kubokun yarımfinalında da qarşılaşacagiq. Əminəm ki, bu matçlar da gərgin keçəcək”.