"Zirə"nin futbolçusu Salifu Sumanı heyətinə qatmaq istəyən daha bir klubun adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Reşat Can Özbudak paylaşım edib.

O, "Konyaspor"un 21 yaşlı vingerlə yaxından maraqlandığını yazıb.

Hətta Super Liqa təmsilçisi Suma üçün transfer məbləği də ödəməyi düşünür. Klub rəhbərliyi oyunçunun komandaya keçməsini çox istəyir.

Qeyd edək ki, Salifu Suma ötən mövsüm bütün turnirlərdə "Zirə" forması ilə meydana çıxdığı 34 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.