"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun "Şaxtyor" klubuna başçılıq edə bilər. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Vladislav Tatur şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Soliqorsk təmsilçisinin rəhbərliyi komandanın sabiq baş məşqçisini geri qaytarmağı nəzərdən keçirir.

Qeyd edək ki, 41 yaşlı Baqa 2021-ci ildə "Şaxtyor"u çalışdırıb və kluba 2-ci ölkə çempionluğunu qazandırıb. O, bu ilin sentyabrında "Sumqayıt"dan istefaya göndərilib.