"Sumqayıt”ın təşkil etdiyi “Futbol Düşərgəsi" layihəsinə yekun vurulub. Sport24.az xəbər verir ki, layihə 16 noyabrda start götürüb və bu gün yekunlaşıb.
Layihə iki qrup üzrə keçirilib. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər “Vətən müharibəsi”ndə şəhid və qazi olan igid əsgərlərimizin övladlarıdır
İkinci qrupuna daxil olan uşaqlar məktəblilər "Sumqayıt" Futbol Klubunun bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub.
Bu gün isə layihənin bağlanış tədbiri keçirilib. Tədbirdə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, millət vəkilləri - Müşfiq Məmmədli, Emin Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, klubun vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak ediblər.
Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.