"Hələ ki heç bir təklif yoxdu. "Sumqayıt"la da müqavilə müddətim başa çatır". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın  kapitanı Vurğun Hüseynov deyib.

35 yaşlı müdafiəçinin sözlərinə görə, ona klubdan gələcək taleyi ilə bir söz deməyiblər: "Yəqin ki, bir neçə günə dəqiq cavab bilinər. Ya qalarıq, ya gedərik. Bundan sonra işimizi biləcəyik. Yaxın zamanda klubdan məlumat veriləcək".