Iyunun 23-26 aralığında Türkiyənin Yalova bölgəsində təşkil olunan “İnternational Maxwell Cup”da  iştirak edən “Sumqayıt” futbol akademiyasının 2 yaş qrupu üzrə komandası uğurlu nəticə ilə yadda qalıb. Zahir Əsgərzadənin baş məşqçisi olduğu U-14 komandası birinci, Elşad Eyvazovun çalışdırdığı kollektiv isə üçüncü yeri tutub.
“Kimyaçılar”ın aşağı yaş qruplarının çıxışı turniri izləyən skautların da marağına səbəb olub.

Sport 24.az-ın əldə etdiyi məlumata görə, U-14 komandasının hücumçusu, 2009-cu il doğumlu Elxan Şıxəliyev daha çox diqqət cəlb edib.

Elxanın qolçuluq qabiliyyətini görən skautlardan biri “Adanaspor” rəhbərliyinə mesaj göndərərək, gələcək adına perspektivli futbolçu olduğunu bildirməklə yanaşı, onu Mario Balotelliyə bənzədib.

Xatırladaq ki, “Adanaspor” ötən mövsüm birinci liqada çıxış edirdi. Bu ilin fevralında qardaş ölkədə yaşanan dağıdıcı zəlzələdən sonra  çempionatda çıxışını dayandırıb.

RƏŞAD QASIMOV