"Sumqayıt" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Aleksa Yankoviç cəzalı duruma düşüb.

Buna 25 yaşlı vingerin "Araz-Naxçıva"a qalib gəldikləri (3:2) Misli Premyer Liqasının X turunun oyununda sarı vərəqə alması səbəb olub.

Serbiyalı oyunçu cari mövsümdə dördüncü dəfə bu halla üzləşdiyi üçün çempionatdakı növbəti matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Sumqayıt" XI turda, noyabrın 7-də "Qəbələ"nin qonağı olacaq. Yankoviç cari mövsüm Premyer Liqadakı bütün matçlarda meydanda olub.