SOCAR-ın "Azərikimya" İstehsalat Birliyində "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı çərçivəsində, həmçinin 20 sentyabr - Neftçilər gününə həsr olunmuş qanvermə aksiyası keçirilib. Sport24.az xəbər verir ki, Aksiyada "Sumqayıt" Futbol Klubunun əsas komandasının məşqçi heyəti - Samir Abasov, Seymur Rəhimov, Anar Niftəliyev Vəfadar Quliyev də iştirak ediblər.   Onlarla yanaşı, komanda üzvləri - Səbuhi Abdullazadə, Kristian Velinovski, Xəyal Fərzullayev, Silvanus Nimeli, Nihad Əhmədzadə, Nikola Vuynoviç, Sənan Muradlı və Alan Dias da aksiyaya qatılıblar.