"Sumqayıt"ın futbolçusu Ronaldo Vaskez Dominikan Respublikası milli komandasına çağırılıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi iyunda keçiriləcək matçlara dəvət alıb.

 

Dominikan Respublikası dünya çempionatının seçmə mərhələsində iki oyun keçirəcək. Ronaldonun komandası iyunun 7-də və 11-də müvafiq olaraq Qvatamela və Dominika ilə qarşılaşacaq.

 

Marselo Nevelefin yetirmələri ardınca Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. A qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.