Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə 5 oyunluq cəzalanıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Quluzadənin cəzalanmasına XXVI turun "Karvan" – "Qaradağ Lökbatan" oyunu bitdikdən sonra hakimləri təhqir etməsi səbəb olub. Onun hərəkətinə görə "Qaradağ Lökbatan" 400 manat cərimələnib.