Bakıda keçirilən minifutbol üzrə dünya çempionatına start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığması ilk turda Bəhreynlə görüşüb.

 

Zəif rəqiblə görüşdə millimiz xal itirib. Hesabı 15-ci dəqiqədə Mirmehdi Rzayev açsa da, hissənin son saniyələrində asiyalılar fərqləniblər. Onlar müdafiəçilər və qapıçının səhvindən istifadə ediblər. Fasilədən sonra komandamız hücumlarını artrsa da, topu qapıdan keçirmək mümkün olmayıb.

 

Qeyd edək ki, I turun digər 8 görüşü sabah keçiriləcək.

 

Dünya çempionatı
Qrup mərhələsi
I tur, 21 may

 

A qrupu

20:30. Azərbaycan - Bəhreyn - 1:1

Qollar: Mirmehdi Rzayev, 15 - Jasim Ali Mohamed, 25

23:00. Mavritaniya - Sloveniya