"Arsenal" yeni mövsüm üçün iddialı heyət qurmağı planlaşdırır. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəflərindən biri "Real"da çıxış edən Rodriqodur.

 

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

 

"Arsenal" braziliyalı vingerin həm özü ilə, həm də klubu ilə təmaslara başlayıb. Londonlular transferi yekunlaşdırmaq üçün səylərini davam etdirəcək.

 

Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.