Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start verilib. Azərbaycan yığması yer aldığı qrupda ilk matçını Bəhreynə qarşı keçirəcək. Görüşə saat 20:30-da start veriləcək.

Veteran hücumçu Rauf Əliyev Sport24.az-a açıqlamasında milli komandamızdan gözləntiləri barədə danışıb:

"Minifutbol üzrə milli komandamız güclüdür. Bunu Avropa Çempionu olması ilə sübut edib. Çempionatdakı digər komandalarla maraqlanmıram deyə güclərini bilmirəm. Yarış ölkəmizdə keçirilir və niyə də azarkeş dəstəyi ilə yığmamız dünya çempionu olmasın?"

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.