Ev sahibi ölkələr 2028-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsindən kənarda qala bilərlər. Sport24.az xəbər verir ki, ev sahibləri də seçmə mərhələ oyunlarında iştirak edəcək.

 

Bu barədə UEFA-nın Bilbaoda keçirilən iclasında qərar qəbul olunub.

 

Avro-2028-ə vəsiqə qazanmaq üçün milli komandalar 12 qrupda mübarizə aparacaq. Hər qrupda 4 və ya 5 komanda yer alacaq.

 

Qrup liderləri və ən yaxşı 8 ikinci yeri tutan ölkə birbaşa final mərhələsinə yüksələcək. Digər 4 vəsiqəsinin sahibi isə pley-off matçlarından sonra müəyyənləşəcək.

 

Qeyd edək ki, Avro-2028-ə İngiltərə, Uels, İrlandiya və Şotlandiya ev sahibliyi edəcək.