Premyer Liqada V tur arxada qalmasına baxmayaraq, "Sumqayıt" transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bu günlərdə "kimyaçılar"ın düşərgıəsinə daha bir legioner qoşulub.

 

Söhbət serbiyalı mərkəz yarımmüdafiəçisi Marko Pavlovskidən gedir. 30 yaşlı futbolçunun son klubu Qazaxıstan təmsilçisi "Aksu" olub. Pavlovski karyerası ərzində Vətəni ilə yanaşı, Kipr, Latviya, Portuqaliya, Belarusda legioner həyatı yaşıyıb. Futbolçu U-21-nin də formasını geyinib.

 

Marko artıq "Sumqayıt"ın heyətində oyuna çıxmağa da imkan tapıb. Ötən şənbə "Araz-Naxçıban"la yoxlama görüşünün ikinci hissəsində meydana çıxan serbiyalı "kimyaçılar"ın rəqib qapısından keçirdiyi qolun müəllifi olub.

 

Qeyd edək ki, "gənclik şəhəri"nin təmsilçisi mövsümlərarası fasilədə Rəhim Sadıxovu, Fernando Medeirosu, Nikola Vuynoviçi, Sərtan Taşkını, Alan Diası, Silvanus Nimelini və Miloş Miloviçi "rənglərinə bağlayıb".