"Sumqayıt" 2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, "kimyaçılar" müdafiəçi İsa Sulimanla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.

 

Qeyd edək ki, 2023/24 mövsümündən "Sumqayıt"da çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurmağa nail olub.