Yeni mövsümün hazırlığına start verən "Sumqayıt" transfer çalışmalarını da davm etdirir. Sport24.az –ın əldə etdiyi məlumata görə, "kimyaçılar" yeni legionerlə ortaq məxrəcə gəlib.
Samir Abasov braziliyalı Fernando Medeyrosu komandasında görmək istəyir. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı futbolçu ilə artıq danışıqlar yekunlaşıb.
Qeyd edək ki, Medeyrosun son klubu Albaniya təmsilçisi "Eqnatiya" olub. Braziliyalı karyerası ərzində vətəni ilə yanaşı, Portuqaliyada da top qovub.