"Sumqayıt" klubu "Ailəvi azarkeş" adlı yeni kampaniyaya start verib. Sport24.az xəbər verir ki, bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım edilib:

 

Əziz azarkeşlər!

Hər yaşdan insanların, ailələrin stadionlara gəlməsini təşviq etmək məqsədi ilə "Sumqayıt" Futbol Klubu olaraq azarkeşlərlə birlikdə "Ailəvi azarkeş" kampaniyasına start veririk.

 

Belə ki, avqustun 30-da keçiriləcək "Araz Naxçıvan"la ev oyunumuzda ailənizlə birlikdə (ən az bir böyük və bir uşaq) şəkil çəkdirin və onu bu statusun altında paylaşın.

 

Sentyabrın 9-u saat 23:59-a qədər ən çox bəyənilən şəkil qalib elan ediləcək və qalib fotonun müəllifinə komandamızın FORMASI və ŞƏRFİ hədiyyə olunacaq.

 

Qeyd: "Ailəvi azarkeş" kampaniyası hər ev oyunumuzda keçiriləcək.