Bu gün Avropa çempionatının final mərhələsi - AVRO-2020 start götürür. Sport24.az qitənin ən nüfuzlu turnirinə biganə qalmaması barədə anons vermişdi. AFFA-nın dəstəyi ilə keçirilən “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i layihəmizdə 24 iştirakçının mübarizə aparacağını bildirmişdik. İndi isə qaydalar və iştirakçılarla, habelə ilk oyun gününün proqnozları ilə tanış olun.

Sport24.az saytının təşkilatçılığı və AFFA-nın dəstəyi ilə “Köhnə qitə”nin “yeni MÜNƏCCİM”i

1. Qaydalar.

1.1. İştirakçılar Avro-2020-nin final mərhələsində baş tutacaq 51 matçın hər birinə proqnoz verəcək.
1.2. Proqnozda dəqiq hesab göstəriləcək.
1.3. Hər növbəti mərhələdə düzgün verilən proqnozun dəyəri 2 dəfə artırılacaq: qrup mərhələsində əmsal - 1, 1/8 finalda əmsal - 2, 1/4 finalda 1/8 mərhələnin ikiqat əmsalı, 1/2 finalda 1/4 mərhələnin ikiqat əmsalı, finalda 1/2 finalın ikiqat əmsalı.
1.4. Qrup mərhələsində dəqiq hesabı müəyyənləşdirən iştirakçı aktivinə 3 xal yazdıracaq. Qalibi düzgün müəyyənləşdirən və top fərqini da tapan iştirakçı aktivinə 2 xal yazdıracaq. Yalnız qalibi düzgün tapan iştirakçı isə 1 xal qazanacaq. Matçın heç-heçə bitəcəyini proqnozlaşdırdıqda iştirakçı minimum 2 xal qazanacaq. Çünkı bütün hallarda top fərqi “0” olacaq. Heç-heçə bitən matçın dəqiq hesabını tapan iştirakçı isə aktivinə 3 xal yazdıracaq.
1.5. 1/8 final mərhələsində iştirakçı müvafiq qaydada düzgün nəticəyə görə 6, qalibi düzgün müəyyənləşdirmək şərti ilə top fərqini də tapdıqda 4, sadəcə, qalibi müəyyənləşdirdikdə isə 2 xal qazanacaq.
1.6. 1/4 final mərhələsində iştirakçı müvafiq qaydada düzgün nəticəyə görə 12, qalibi düzgün müəyyənləşdirmək şərti ilə top fərqini də tapdıqda 8, sadəcə, qalibi müəyyənləşdirdikdə isə 4 xal qazanacaq.
1.7. 1/2 final mərhələsində iştirakçı müvafiq qaydada düzgün nəticəyə görə 24, qalibi düzgün müəyyənləşdirmək şərti ilə top fərqini də tapdıqda 16, sadəcə, qalibi müəyyənləşdirdikdə isə 8 xal qazanacaq.
1.8. Finalda iştirakçı müvafiq qaydada düzgün nəticəyə görə 48, qalibi düzgün müəyyənləşdirmək şərti ilə top fərqini də tapdıqda 32, sadəcə, qalibi müəyyənləşdirdikdə isə 16 xal qazanacaq.

2. Qaliblərin müəyyənləşdirilməsi

2.1. Qalib, mükafatçılar və digər pillələrin sahibləri ümumi nəticədə toplanan xallara əsasən müəyyənləşdiriləcək.
2.2. Yekun cədvəlində toplanan xallar eyni olarsa, ilk 3 pillənin sahibləri aşağıdakı göstəricilərə əsasən üstünlük qazanacaq.
2.2.1. Final matçının nəticəsini düzgün müəyyənləşdirən iştirakçı.
2.2.2. Final matçının qalibini və top fərqini düzgün müəyyənləşdirən iştirakçı.
2.2.3. Final matçının qalibini düzgün müəyyənləşdirən iştirakçı.
2.3. Əgər yuxarıda qeyd edilən meyarlarda hansısa bir mükafatçını müəyyənləşdirmək mümkün olmasa, eyni qaydada ardıcıllığı qoruyaraq 1/2, 1/4 və 1/8 finaldakı göstəricilər müqayisə ediləcək.
2.4. Mükafatçılardan başqa digər pillələrin sahibləri eyni xal topladıqda yerlər bölgü kimi göstəriləcək. Məsələn, 6 və 7-ci yerin sahibi eyni xal toplayıblarsa, onların hər ikisinin qarşısında “6-7” göstəriləcək.

3. İştirakçılar 

3.1. Layihədə hər birinə 8 iştirakçı daxil olmaqla 3 qrup mübarizə aparacaq: futbol adamları, Premyer Liqada mübarizə aparan klubların baş məşqçiləri, mətbu orqanları.
3.2. Futbol adamları:
Arif Əsədov, Şahin Diniyev, Samir Əliyev, Yunis Hüseynov, Mahmud Qurbanov, Aslan Kərimov, Firuz Abdulla, Aslan Şahgəldiyev.
3.3. Premyer Liqa klublarının rəsmiləri:
Rüstəm Allahverdiyev (“Neftçi”),  Gündüz Abbaszadə (“Qarabağ”), Rəşad Məmmədov (“Sumqayıt”), Elman Himayətoğlu (“Zirə”), Elnur Həmidov (“Sabah”), Eldəniz Yusifov (“Keşlə”), Zaur Əzizov (“Qəbələ”), Nicat Zülüflü (“Səbail”)
3.4. İdman mediası:
Sport24.az, Şəmsəddin Abbasov (“CBC Sport”), Mahir Rüstəmli (“Futbol+”), Ruslan Mikayıllı (Azerisport.com), Tahir Hümmətov (Apasport.az), İbrahim Cəfərov (Futbolxeber.az), Faiq Tahirov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az).

4. Mükafatlandırma

4.1. Qaliblər AFFA tərəfindən  diplom, medal, Kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, bu, Sport24.az tərəfindən təşkil olunan artıq 4-cü geniş layihədi. Daha əvvəl "Azərbaycan futbolunun tarixiylə baş-başa", "Ulduzların savaşı" və "Premyer Liqanın BİLİCİsi" layihələrimiz olmuşdu. 
 

Açılış matçına proqnozlar

Futbol adamları

Yunis Hüseynov (futbol veteranı)

11 iyun

İtaliya — Türkiyə — 1:1

Şahin Diniyev (futbol veteranı)

11 iyun

İtaliya — Türkiyə — 2:1

Arif Əsədov (futbol veteranı)

11 iyun

İtaliya — Türkiyə — 2:0

Aslan Kərimov (futbol veteranı)

11 iyun

İtaliya — Türkiyə — 1:1

Mahmud Qurbanov (futbol veteranı)

11 iyun

İtaliya — Türkiyə — 2:1

Samir Əliyev (futbol veteranı)

11 iyun

İtaliya — Türkiyə — 2:1

Firuz Abdulla (AFFA rəsmisi)

11 iyun

İtaliya — Türkiyə — 2:0

Aslan Şahgəldiyev (PFL rəsmisi)

11 iyun

İtaliya — Türkiyə — 1:0



Premyer Liqa klublarının rəsmiləri

Rüstəm Allahverdiyev ("Neftçi")

11 iyun

İtaliya — Türkiyə — 0:2

Gündüz Abbaszadə ("Qarabağ")

11 iyun

İtaliya — Türkiyə — 1:1

Rəşad Məmmədov ("Sumqayıt")

11 iyun

İtaliya — Türkiyə — 1:0

Elman Himayətoğlu ("Zirə")

11 iyun

İtaliya — Türkiyə — 1:1

Elnur Həmidov ("Sabah")

11 iyun

İtaliya — Türkiyə — 2:1

Eldəniz Yusifov ("Keşlə")

11 iyun

İtaliya — Türkiyə — 1:1

Zaur Əzizov ("Qəbələ")

11 iyun

İtaliya — Türkiyə — 1:1

Nicat Zülfülü ("Səbail")

11 iyun

İtaliya — Türkiyə — 1:2

 

Media mənsubları

Mehman Süleymanov (Sport24.az)

11 iyun

İtaliya — Türkiyə — 1:0

Mahir Rüstəmli ("Futbol+")

11 iyun

İtaliya — Türkiyə — 2:2

Şəmsəddin Abbasov ("CBC Sport")

11 iyun

İtaliya — Türkiyə — 1:1

Tahir Hümmətov (Apasport.az)

11 iyun

İtaliya — Türkiyə — 1:0

Ruslan Mikayıllı (Azerisport.com)

11 iyun

İtaliya — Türkiyə — 1:2

Kənan Məstəliyev (Rekord.az)

11 iyun

İtaliya — Türkiyə — 1:0

İbrahim Cəfərov (Futbolxeber.az)

11 iyun

İtaliya — Türkiyə — 2:0

Faiq Tahirov (Futbolpress.az)

11 iyun

İtaliya — Türkiyə — 2:0