Birinci Liqada çıxış edən "Mingəçevir" klubunun 8 futbolçusu həbs olunub. Sport24.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, komanda ötən gün klubdaxili iclasa çağrılıb.

 

Futbolçular elə iclas zamanı həbs edilib. Böyük ehtimalla, onların hər biri danışılmış oyunlarda şübhəli bilinir.

 

Qeyd edək ki, hadisədən bir gün öncə komandanın baş məşqçisi Ədəhim Niftəliyev istefaya göndərilib. "Mingəçevir" Birinci Liqada 11 turundan sonra 6 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.