Erməni işğalından azad olunmuş Şuşa və Ağdam şəhərlərinin komandaları AFFA-nın layihəsi olan Region Liqasında mübarizə aparacaq. Sport24.az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

Bildirilib ki, bu şəhərlərin təmsilçiləri 2022/23 mövsümündən həvəskarlar liqasında çıxış edəcəklər.