"Gərgin mövsüm keçirdik. 27 illik məşqçilik karyeramda belə mövsüm keçirməmişdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis geridə qalan mövsümü belə dəyərləndirib: "İlk oyundan sona qədər təzyiq və həyəcan altında keçdi. Sağlamlıq və əsəb hamısı bir-birinə qarışdı. Dəyişikliklər də çox olmadı. Futbolçularıma təşəkkür edirəm ki, məşqlərdə yüksək səviyyədə iştirak etdilər və ab-hava pozulmadı. Çox çətin yarımmövsüm keçirdik. Xoşbəxtək ki, bu komandanı "Səbail" camiəsi ilə birgə Premyer Liqada saxlaya bildik".

Qeyd edək ki, "Səbail" Premyer Liqanı 9 xalla başa vurub.

 

KAMAL RZA