Türkiyə birinci liqasında ikinci tura start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geydiyi "Serik Spor" öz meydanında "Ümraniyespor"u qəbul edib.

 

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Serik Spor"a qələbə qazandıran qolu 45+2-ci dəqiqdə penaltidən Markos Silva vurub.

 

Sərtan da bu görüşün iştirakçısı olub. Görüşə ehtiyatdan başlayan 27 yaşlı müdafiəçi 89-cu dəqiqədə İlya Berkovskinin əvəzinə meydana daxil olub. 

 

Bu qələbə sayəsində xallarının sayını 4-ə çatdıran "Serik Spor" turnir cədvəlində liderliyə yüksəlib. "Ümraniyespor" isə 3 xalla 7-ci pillədə qərarlaşıb.