"Ötən gün rəhbərliklə görüşüm oldu. Böyük ehtimalla komandada qalacağam". Bunu Sport24.az-a açıqlamasında "Şəfa"nın kapitanı Tərlan Quliyev deyib.

Təcrübəli müdafiəçi komandadakı gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirib:

"Hazırda razılaşmanın 95 faizi əldə olunub. Lakin hələlik rəsmi müqaviləyə imza atmamışam. Düşünürəm ki, yaxın 1-2 gün ərzində məsələ tam həllini tapacaq", – deyə Quliyev bildirib.

Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsüm "Şəfa"nın heyətində Birinci Liqa çempion olub.