Bu gün Premyer Liqada XV tur start götürüb. Sport24.az xəbər verir ki, açılış matçı "Dalğa Arena"da olub.

Belə ki, bu dəfə "Səbail" Mərdəkana səfər edərək "Araz-Naxçıvan"ın qonağı olub. Azər Bağırovun komandası matçda hər 2 qolun müəllifi olsa da, son saniyələrdə avtoqolla qələbəni qaçırıb.

 

2 dekabr (şənbə)

16:00. "Araz-Naxçıvan" – "Səbail" - 1:1 

QOLLAR: M.Kadiri, 18 - N.Kurdiç, 90+3-öz qapısına
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
Bakı. "Dalğa Arena" stadionu

İlk dövrədəki matç - 0:1

 

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç

Baş məşqçi: Azər Bağırov

 

"Səbail": 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi

Baş məşqçi: Şahin Diniyev