Bu gün Premyer liqanın XXII turu çərçivəsində daha bir oyun keçirilib. Sport24.az xəbər verir ki, rəqiblərini Qəbələdə qəbul edən "Kəpəz"  bu dəfə "Səbail"i qonaq edib.

 Şahin Diniyevin yetirmələri turnir cədvəlinin alt pillələrində qərarlaşan Gəncə təmsilçisi ilə qarşılaşmada 2024-cü ildə ilk qələbəsini 4 qol vuraraq böyük hesabla qazanıb.

Qeyd edək ki, turun digər 3 qarşılaşması sabah keçiriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXII tur

15:00. "Kəpəz" – "Səbail" 1:4  

Qollar: J.Martins, 29 - A.Ramalinqom, 45+6-pen, R.Abdullazadə, 52, S.Alluş, 60; 90.

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ. Şəhər stadionu. 

"Kəpəz": 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
"Səbail": 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev