Hazırda Misli Premyer Liqasının lideri olan "Sabah" klubunun yeddi futbolçusu XXI turda "Kəpəz"lə oyunda ehtiyatlı oynamağa məcbur qalıb. Sport24.az xəbər verir ki, "bayquşlar"ın yeddi aparıcı üzvü həmin görüşdən əvvəl sarı vərəqə limitində olub.

Xəyal Əliyev, Rəhman Daşdəmirov, İvan Lepinistsa, Timoteuş Puxaç, Cesse Sekidika, Coy-Lens Mikels, Umarali Raxmonaliyev Gəncə təmsilçisi ilə dueldən əvvəl artıq çempionatda üç sarı vərəqə görüblər.

Onlardan hansısa biri xəbərdarlıq alsaydı, XXII turda, çox vacib hesab edilən "Qarabağ"la qarşılaşmada meydana çıxmayacaqdı. Sözügedən futbolçular "Kəpəz"lə görüşdə sarı vərəqə almayıblar.

Qeyd edək ki, Bakı klubu XXI turda 1:0 hesablı qələbəyə sevinib. Martın 1-də keçiriləcək "Qarabağ" - "Sabah" oyunu saat 19:00-da start götürəcək. "Bayquşlar" 52 xalla liderdir. Ehtiyayda bir matçı da olan Ağdam təmsilçisi 45 xalla ikincidir.