Misli Premyer Liqasının XXX turunun "Qarabağ" – "Turan Tovuz" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Ümumilikdə, ağır oyun keçdi. "Qarabağ" daha çox üstün tərəf idi. İkinci hissənin əvvəlində buraxılan iki qol oyunumuza təsir etdi. Sonda vəziyyəti düzəltmək üçün cəhdlərimiz oldu, amma alınmadı.

 

– Denis Marandiçinin durumu nə yerdədir? 

– Əməliyyat olunub. Ümid edirik ki, növbəti mövsümə qayıdacaq.

 

– Çoxsaylı qol epizodlarınızı əldən buraxmağınızı necə şərh edərdiniz?

 

– Məncə, həyəcanla bağlı idi. Şanslardan yararlana bilsəydik, başqa cür olardı.

 

– Buraxdığınız qollarda rəqibin ustalığı çox idi, ya qapıçınızın səhvi?

– İkinci qol rikoşet, ilk qol isə rəqibin ustalığı ilə bağlı idi.

 

– İkincilik yolunda həlledici matç idi. Futbolçularınızın motivasiyasının kifayət qədər olduğunu düşünürsünüz?

– Bayaq qeyd etdim, həyəcan var idi və bu, məhz təzyiqlə bağlıydı.