"Bavariya" yeni mövsüm üçün ev formasını təqdim edib. Sport24.az xəbər verir ki, "Adidas" tərəfindən hazırlanan dəstlər ənənəvi olaraq, qırmızı rəngdədir.
"Bavariya" mayın 6-da, Çempionlar Liqasında yarımfinal mərhələsində PSJ-yə qarşı keçirəcəyi ev oyununda yeni formalardan istifadə edəcək.
Komandalar arasındakı ilk matçda Paris klubu qələbə qazanıb – 5:4.