Müqavilə ilə "Real"a məxsus olan, icarə əsasında "Lion"da çıxış edən Endrik açıqlama verib. Sport24.az xəbər verir ki, Fransa mətbuatına danışan braziliyalı hücumçu klubdakı taleyindən söz açıb:

 

"Burada xoşbəxtəm. Amma "Real" qayıtmağımı istəsə, qayıdaram. Düzü, "Lion"da qalmağı da arzulayıram. Özümü yaxşı hiss etməyim üçün hər şeyi edirlər".

 

Endrik "Lion"da 19 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib. Onun icarə müqaviləsi yayda başa çatır.