21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığma Bolqarıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

 

Slovakiya ilə səfərdəki yoxlama matçında 2:3 hesabı ilə uduzan komanda Bakıda keçiriləcək oyunda azarkeşləri sevindirməyə çalışacaq.

 

Qeyd edək ki, yığmamız növbəti matçına sentyabrın 6-da çıxacaq. Millimiz AVRO-2025-in seçmə mərhələsində Lüksemburqun qonağı olacaq.

 

21 yaşadək futbolçular arasında yoldaşlıq oyunu
11 iyun
20:00. Azərbaycan – Bolqarıstan

Bakı. "Liv Bona Dea Arena"