"İlk olaraq məni isti qarşıladıqları üçün komanda yoldaşlarıma və məşqçilər heyətinə təşəkkürümü bildirirəm". Bu sözləri Sport24.az saytına açıqlamasında "Şamaxı"nın yeni transferi Andrey-Kostin Tirkovaneu deyib.



Rumıniyalı yarımmüdafiəçi keçidinindən danışıb: "Burada özümü ailənin bir üzvü kimi hiss edirəm. "Şamaxı"dan böyük gözləntilərim var. Burada komandama bacardığım qədər kömək edəcəyəm".

 

Qeyd edək ki, "Şamaxı" futbolçu ilə ilyarımlıq müqavilə imzalayıb.