"Şamaxı" klubu futbolçusu Brahim Konateyə yeni müqavilə təklif edib. 29 yaşlı yarımmüdafiəçi bu barədə Sport24.az-a açıqlamasında bildirib.
Fransalı oyunçu bölgə təmsilçisinin onunla sözləşmənin müddətini uzatmaq istədiyini söyləyib:
"Bəli. Müqaviləni uzatmaq təklifi aldım. Amma agentimə dediyim kimi gələcəyimi düşünürəm. Çempionatda dörd oyunumuz qalıb. Hazırda bütün diqqətimi bu matçlara yönəltmişəm".
Qeyd edək ki, Brahim Konate 2024-cü ilin yayında "Şamaxı"ya keçib. O, cari mövsüm Misli Premyer Liqasında meydana çıxdığı 28 qarşılaşmada 8 qol, Azərbaycan Kubokunda 1 qola imza atıb.