"Şamaxı" yeni transferini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin üzvü Cəlal Hüseynov heyətə cəlb olunub.
Bolqarıstan təmsilçisi "Arda"ya məxsus olan müdafiəçi mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək.
Qeyd edək ki, Hüseynov 2022/2023 mövsümündə "Şamaxı"da 34 oyuna çıxıb.