"Bavariya" və Çexiya millisinin sabiq yarımmüdafiəçisi David Yarolim "Bayer"in Avropa Liqasının 1/8 final mərhələsində Leverkuzendə keçirilən "Qarabağ"la (3:2) matç barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "Sport.cz" portalına danışan Yarolim "Bayer"in Azərbaycan çempionu ilə görüşdə çətin duruma düşməsini qabardıb:

 

"Qarabağ"la cavab oyununda mövsümün ən pis "Bayer"ini gördüm. Bununla belə, onlar möhtəşəm geridönüş sayəsində qalib gələ bildilər. Bu, Leverkuzen təmsilçisinin gücünü göstərir, onların üslubu ən xırda detallara qədər işlənilib. Mövsümün son mərhələsində "Bayer"in üç cəbhədə mübarizəni necə həll edəcəyini görmək mənə maraqlıdır: Bundesliqada çoxdan gözlənilən çempionluq, Almaniya Kubokunun yarımfinal mərhələsi və Avropa Liqasında "Vest Hem"lə matçlar. Çox maraqlıdır".

 

Qeyd edək ki, 44 yaşlı veteran futbolçu Praqa "Slaviya"sı, "Bavariya", "Nürnberq", "Hamburq", "Evian", "Mlada Boleslav" kimi klubların formasını geyinib.