"Sabahın Ulduzları" Baku Kubokunun U-15 yaş qrupu üzrə turnirində 2-ci turun növbəti üç matçı keçirilib. Sport24.az xəbər verir ki, avqustun 6-da baş tutan oyunlarda böyükhesablı nəticələr qeydə alınıb.

 

Qarşılaşmaların nəticələri və qolları vuran futbolçuları təqdim edirik:

 

U-15, II tur

6 avqust

"Sabah" – "Sumqayıt" 4:1

Qollar: Rəvan Rüstəmov, 38, Rüfət Həsənov, 47, Hüseyn Musayev, 52, Çingiz Müslümov, 57; Tunar Şirinli, 69

"Rekord" – "Ulduz" 0:7

Qollar: Müşfiq Zamanov, 1, 28, Asif Allahverdizadə, 18, Nihat Bəylərli, 31, 78, Yusif Əlizadə, 36, 59

"Qarabağ" – "Zəngəzur" 9:0

Qollar: Amin Tağıyev, 12, 20, Yəhya Timuçin, 14, Süleyman Əlizadə, 19, (avtoqol), Rəhman Məmmədli, 35, 69, Rauf Hüseynli, 43, Raul Əliyev, 61, Şəbran Muradlı 70

 

Yarışda həyəcan avqustun 7-də U-14 yaş qrupunun II tur oyunları ilə davam edəcək.

 

U-14, II tur

7 avqust

16:00. EFA – "Xan"

18:30. "Zirə" – "Vətən"

20:45. "Sabah" – "Neftçi"