Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda İsveçin "Hammarbü" ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, Polşanın Çenstoxova şəhərində keçirilən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Mahir Emreli matçın 90 dəqiqəsinin hamısında meydanda olub.

 

Komandalar arasında cavab oyunu 13 avqust tarixində keçiriləcək.