Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Sabah" "Zirə" ilə qarşılaşacaq.

Sport24.az xəbər verir ki, zədəli Kristian Sebalos, Vinsent Till və Namik Ələsgərov "bayquşlar"ın heyətində oynamayacaq.

Qonaqlarda Filip Pahtman və Məqsəd İsayev eyni səbəbdən meydana çıxmayacaq.

Qeyd edək ki, "Sabah" – "Zirə" matçı martın 30-da Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək və saat 19:00-da başlayacaq.