"Səbail" üzərində qələbə qazanan "Sabah" avrokuboklara vəsiqə uğrunda mübarizədə irəli doğru ciddi addım atmış oldu. Son oyunlarda "bayquşlar"ın heyətində yaxşı mənada fərqlənənlərdən biridə Kahim Parrisdi. "Dənizçilər"lə matçdan sonra yamaykalı futbolçu Sport24.az-ın suallarını cavablandırıb. 24 yaşlı yarımmüdafiəçi həm komandasının oyunundan, həm ölkəmizdən, həm də sevdiyi yeməkdən danışıb.


- "Səbail"i məğlub etməklə turnir cədvəlində vəziyyətinizi bir qədər də yaxşılaşdırdız. Oyunla bağlı fikirrlərini bölüşərdin...
- Bizim üçün yaxşı və gərgin matç oldu. Əsas odur ki, lazım olan qələbəni qazandıq.



- Necə düşünürsən, "Sabah" avrokuboklara gedə biləcək?  
- Qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq üçün şansımız var. Bunun üçün qarşıdakı 4 turda da uğurlu çıxışımızı davam etdirməliyik.


- Öz performansından razısan?
- Əsas mənim yox, vacib olan komandamın yaxşı oyun sərgiləməsidi. Öz çıxışım barədə nəsə deyə bilmərəm. Əsas odur ki, "Sabah"ın ansamblında yerimi tutub fayda verim. Və hamılıqla avrokuboklara vəsiqə qazanmaq sevincini yaşayaq.  


- Azərbaycan futbolu barədə fikirlərin maraqlıdı...
- Futbolun inkişafı üçün burda münbit şərait var. Premyer Liqada sonadək mübarizə aparmalısan. Potensialını tam ortaya qoymasan, hər oyunda 100 faiz gücünü nümayiş etsirməsən, heç nəyə nail olmaq mümkün deyil. Bir sözlə, heç bir oyun asan keçmir. İstər rəqib lider olsun, istərsə də autsayder.


- Bir ilə ilə yaxındı ölkəmizdəsən. Azərbaycanı və azərbaycanlıları başqa xalqlardan necə fərqləndirərdin?
- Azərbaycan yaxşı, maraqlı ölkədi. Gözəl, zəngin paytaxta sahibsiz. İnsanlarınız da yardımsevər, istiqanlıdı.


- Həm "Sabah"da, həm də ölkə çempionatımızda hansı futbolçularla dostluq edirsən?
- Komandamızda hamı ilə münasibətim əladı. Digər klublarda çıxış edən futbolçular arasında da dostluq etdiklərim var. Adlarını bir-biri açıqlamaq istəməzdim. Hamı ilə mehriban səmimiyəm.


- Azərbaycan mətbəxində ən çox sevdiyin yemək hansıdı?
- Ət yeməkləriniz zəngindi. Mən də daha çox seçimimi ət yeməklərinə, əsas da kabablar üstünlük verirəm.

ABDULLA İSMAYILOĞLU