"Sabah"ın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda litvalı mütəxəssis Valdas Dambrauskasa tapşırılıb. Onunla 3 illik müqavilə bağlanıb.
Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın "Ekranas" (2013-2014), "Jalgiris" (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın "Qoritsa" (2020-2021), "Hayduk" (2021-2022), Bolqarıstanın "Ludoqorets" (2021), Yunanıstanın "OFİ Krete" (2022-2023) və Macarıstanın "Dyoşdyor" (2025) klublarında çalışıb.
Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.
Qeyd edək ki, Valdas Dambrauskas bu vəzifədə Vasili Berezutskini əvəzləyib.