"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İngiltərə çempionu "Bornmut"da çıxış edən Miloş Kerkezin keçidini həll edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

"Liverpul" macarıstanlı sol cinah müdafiəçisi üçün onun klubuna 40 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, "Bornmut" Miloş Kerkezi 2023-cü ilin yayında "AZ Alkmar"dan transfer edib. Macarıstan millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol vurub, 6 qol ötürməi edib.