"Məqsədimiz Avropa Liqasında əsas mərhələyə vəsiqə qazanmaqdır". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın braziliyalı futbolçusu Andrey Santos ölkəsinin "Lance" nəşrinə açıqlamasında deyib.
2024/2025 mövsümündə Bakı təmsilçisinin əvəzedici heyətdə çıxış edən 20 yaşlı müdafiəçi artıq əsas kollektivə cəlb edilib. O, komanda ilə Avstriyadakı təlim-məşq toplanışına da qatılıb.
"Buraya gəldiyim gündən çox çalışmışam. Yavaş-yavaş klubda yerimi qazanıram. Amma tam fədakarlıq və təvazökarlıqla işləməyə davam edəcəyəm".
Santos "Sabah"dakı hədəflərindən də söz açıb: "Keyfiyyətli komandamız var. Mövsümöncəsi yoxlama oyunlarında çox yaxşı çıxış etdik. Məqsədimiz Avropa Liqasında əsas mərhələyə vəsiqə qazanmaqdır".