"Qəbələ" ilə görüşdə çox pis oynadıq. Matça nəzarət istədiyimiz kimi olmadı. Mövsümdə ən keyfiyyətsiz oyunlarımızdan birini keçirdik və bugünkü dueldən acı məğlubiyyətlə ayrılırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Con İrasabal deyib.
İspan futbolçu "Qəbələ"yə (0:2) məğlub olmaqala avrokuboklara vəsiqə uğrunda mübarizədə ağır zərbə aldıqlarına baxmayaraq, nikbin fikirlər səsləndirib: "Qarşıda bizi iki ağır oyun gözləyir. Təslim olmayacağıq. Doğma meydanda "Sumqayıt"a, səfərdə isə "Neftçi"yə qalib gəlməliyik. İşimiz çətin olsa da, bunun öhtəsindən gəlib, həm qarşıya qoyduğumuz məqsədə çatacağıq, həm də azarkeşlərimizi sevindirəcəyik".
Qeyd edək ki, XXIV turdan sonra aktivində 52 xal olan "bayquşlar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
ABDULLA İSMAYILOĞLU