Premyer Liqanın son gümüş medalçısı olan "Sabah"ın da qış fasiləsində hazırlıq məqsədilə Azərbaycandan kənara çıxacağı dəqiqləşib. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Sport24.az-a verdiyi məlumata görə, yanvarda Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar: "Amma bu, qısamüddətli olacaq. Çünki bildiyiniz kimi, artıq yanvarın 21-də III dövrə başlayacaq. Antalya toplanışımız 4-15 yanvar aralığında olacaq. Digər detalar - qalacağımız otel, yoxlama oyunlarında rəqiblər hələ dəqiqləşməyib".

 

Xatırladaq ki, digər Premyer Liqa klublarımızdan "Sumqayıt", "Səbail", "Qəbələ", "Turan Tovuz"un da Antalyaya təlim-məşq toplanışına yollanacağı dəqiqdi.  

 

MEHMAN SÜLEYMANOV