Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulavaq. Sport24.az xəbər verir ki, təmsilçimiz "Sabah" da cavab matçına çıxacaq.

 

Ölkə kubokunun son qalibi səfərdə "Çelye"nin qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. 

 

Qeyd edək ki, iki matçın yekununa görə üstün olan tərəf 2-ci turda  AEK (Kipr) – "Partizan" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

 

17 iyul

Avropa Liqası

I təsnifat mərhələsinin cavab oyunu

22:00."Çelye" (Sloveniya) – "Sabah" (Azərbaycan)

İlk oyun - 3:2
Hakimlər:
 Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)