"Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, "bayquşlar" Kristian da Silvayla vidalaşıb.

 

Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

 

Qeyd edək ki, Kristian son mövsümdə Maszır klubunun heyətində ümumilikdə 37 oyuna çıxıb və 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.