Moskva "Lokomotiv"inin və Rusiya millisinin sabiq hücumçusu Ruslan Pimenov Stanislav Çerçesovun Azərbaycan milli komandasına rəhbərlik edə biləcəyinə münasibət bildirib.  Sport24.az xəbər verir ki, "Чемпионат"a danışan veteran forvard Çerçesova millimizdə işləməyi məsləhət görüb:

 

"Azərbaycan millisində çalışmaq Stanislav Çerçesov üçün əla variantdır. Əks halda işsiz günlər uzanacaq. Niyə özünü bu komandada sınamasın? Ola bilər ki, Azərbaycanda görəcəyi iş sayəsində Çerçesov Avropa klublarının diqqətini cəlb etsin. Lakin bunun üçün qələbələr lazımdır".

 

Qeyd edək ki, bir müddətdir Stanislav Çerçesovun adının Azərbaycan millisinin baş məşqçi postuna namizədlər arasında olduğu iddia edilir.