"İki ilə yaxındı peşəkar karyeramı bitirsəm də, içimdə oynamaq, meydanda həyəcan hiss etmək kimi eşq sönməmişdi". Bu sözləri Sport24.az-a açıqlamasında Ruslan Əmircanov bildirib.

 

Təcrübəli futbolçu yenidən yaşıl meydanlara dönəməyini belə əsaslandırıb: "Cavid Hüseynovla yaxşı ünsiyyətimiz var. Vaxtilə birgə futbol oynamışıq, hazırda da onunla birgə A kateqoriyalı məşqçi kurslarında oxuyuruq. Mənə "Cəbrayıl"da oynamağımı, təcrübəmi gənclərlə paylaşmağımı və kluba kömək etməyimi təklif gəldi. Mən də Cavid müəllimin xahişini yerə salmayaraq, "Cəbrayıl"ı köməy etməyə razı oldum. Klub rəhbərliyinin gələcək üçün böyük planları var. Hazırda komandada Elvin Məmmədov, Cavid Tağıyev və digər təcrübəli oyunçular var. Mənim üçün maraqlı və xoş olacaq. Təcrübəli futbolçuların və sabiq komanda yoldaşımızın da baş məşqçi olması bizi əlavə üstünlük verir. İnşallah, qarşımıza qoyduğumuz hədəflərə çatacağıq".

 

Qeyd edək ki, XVIII turdan aktivində 37 xal olan "Cəbrayıl" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.  



ABDULLA İSMAYILOĞLU