Rusiya milli komandasının və Moskva "Dinamo"sunun baş məşqçisi Valeri Karpinin qızı fiziki forması ilə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
İspaniyada yaşayan 24 yaşlı Valeriya bədəninin 2024-cü ilin mayından 2025-ci ilin payızına qədər necə dəyişdiyini açıq şəkildə göstərən bir neçə foto paylaşıb.
Qeyd edək ki, Karpinin qızı, bədəninin yağ səviyyəsini aşağı saxlayarkən 15 kq çəki aldığnı vurğulayıb. Bu da əzələ kütləsi qazanmağa yönəlmiş çox uğurlu və intensiv məşq rejiminin göstəricisidir. Fotoşəkillər əzələ kütləsində və ümumi bədən güclənməsində əhəmiyyətli dərəcədə artımı aydın şəkildə göstərir. Valerinin bədən quruluşu daha kompakt, əzələli və güclü olub, xüsusilə çiyinlərində, qollarında və quadrisepslərində nəzərəçarpacaq inkişaf müşahidə olunub.