"Neftçi" daha bir transfer əməliyyatını uğurla başa çatdırıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" bir müddətdir danışıq apardığı "Çernomorets"in oyunçusu Andrey Ştoqrinlə bütün detallarda razılıq əldə edib.

 

Roman Qriqorçukun yaxından tanıdığı 25 yaşlı futbolçu artıq Bakıdadır.

 

Hazırkı klubu ilə müqavilə müddəti 2025-ci il yayına qədər olan legionerə görə təmsilçimiz müəyyən qədər təzminat da ödəməli olub.

 

Ukraynalı həm sağ, həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində oynamağı bacarır.

 

Qeyd edək ki, "Çernomorerts"inyetirməsi 2016-cı ildən klubun şərəini qoruyur.  Futbolçu 2021-2024-cü illər aralığında Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib. Ştoqrin ötən mövsüm meydana çıxdıdğı 30 matçda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.